22.06.2025, 10:06
AZ EN
21.10.2022, 11:54 753

Prezidentlər arasında maraqlı dialoq

XƏBƏRLƏR

Zəngilan Beynəlxal Hava Limanınınm açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri arasında maraqlı dialoq yaşanıb.
Belə ki, hava limanının açılş rəmzini bildirən lenti kəsərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb.
Həmin dialoqu təqdim edirik:
R.T.Ərdoğan: İlham qardaşım, bu qızıldırmı?
İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki, kəsəcəksiniz, qızıldan da qiymətlidir...
R.T.Ərdoğan: Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun!
Sonra Türkiyə Prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm”,- deyə soruşub. İlham Əliyev isə cavabında bunun “gözəl xatirə olacağını bilirdim”,- deyə söyləyib.
Daha sonra AZAL prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını R.T.Ərdoğana təqdim edib və onun təmiz qızıldan olduğu bildirilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər