Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir: "Biz "Türkiyə sona qədər Azərbaycanın yanındadır" dedik və sözümüzün üstündə durduq".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm". (Report)