19.04.2025, 09:28
AZ EN
23.10.2023, 17:38 305

Azərbaycan-Türkiyə hərbi təlimləri ilə üç mühüm mesaj

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

"Vətən səsi" xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası vəişğaldan azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Türkiyə ordusunun arsenalında olan F-16-ların da iştirak etdiyi təlimlər oktyabrın 29-da qeyd ediləcək.

Son 30 ildə Türkiyə və Azərbvaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri ənənə xarakteri alsa da, budəfəki təlim bir sıra özəlləiklərinə görə xeyli dərəcədə fərqlənir. Bunlardan birincisi və ən önəmlisi odur ki, budəfəki birgə təlimlər həm də işğaldan azad edilmiş ərazilərdə keçiriləcək. Eyni zamanda birgə hərbi təlimlərin Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən və Azərbaycan bayrağının Xankəndidə qaldırılmasından sonraya təsadüf etməsi də az əhəmiyyət daşımır. Baxmayaraq ki, budəfəki təlimlərin Türkiyə Respublikasının 100-cü ildönümünə həsr edildiyi də bəllidir.

Elə bir sıra ekspertlər də Türkiyə və Azərbaycan ordusunun F-16-ların da iştirak etdiyi taktiki təlimlərin böyük hərbi-siyasi əhəmiyyət daşıdığına diqqət çəkirlər. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, iki ölkənin mütəmadi birgə təlim proqramı fonunda F-16-ların da iştirakı ilə Qarabağda, Naxçıvanda və digər istiqamətlərdə keçirdiyi bu təlimlər o qədər də gözlənilməz deyil. Onun fikrincə, Qarabağda erməni separatizminin ləğvindən sonra hərbi müstəvidə bu qədər genişmiqyaslı “əzələ nümayişi” də səbəbsiz olmamalıdır: "Ermənistanda bu təlimlər Bakı və Ankaranın Zəngəzur dəhlizinin açılması ssenarisinin məşqi kimi təqdim edilir. Halbuki dəhlizin hərbi müstəvidə açılması ssenarisi mövcud şərtlərdə aktual deyil və rəsmi Bakı müxtəlif səviyyələrdə bu iddiaları təkzib edib.

Ekspert deyir ki, bölgədə proseslərin inkişafı fonunda F-16-larla əzələ nümayişinin siyasi mesajları da var:
- Ermənistanı silahlandıran Fransanın rəhbərliyi altında Azərbaycana qarşı cəbhə qurulur;
- Qarabağda erməni separatizmi ləğv edilsə də, sülhməramlıları hələ də qalan Rusiya faktoru tam aradan qalxmayıb;
- Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən İranın mövqeyində yumşalma müşahidə edilsə də, Azərbaycana qarşı təhdid riski hələ də mövcuddur.

Asif Nərimanlı  bildirir ki, birgə təlimlər üçün seçilmiş zaman da müəyyən ehtimallar irəli sürməyə imkan verir: "Bakı Qranada görüşündən imtina etdikdən sonra növbəti görüşün oktyabrın 25-də Brüsseldə keçiriləcəyi haqda məlumatlar yayılıb. Avropa İttifaqının və Fransanın anti-Azərbaycan cəbhəsinə yaxınlaşdığı fonunda Brüssel görüşündə də Qranadada Bakının iştirakı olmadan qəbul edilən məlum bəyanatın masaya qoyulacağı gözləntisi var. Bu bəyanatda kommunikasiyanın açılması, Ermənistanla sərhədlərin delimitasiyası və “Qarabağ ermənilərinin hüquqları” kimi Bakının gündəliyinə uyğun olmayan məsələlər yer alır. Azərbaycan Prezidentinin bunu qəbul etməyəcəyi bəllidir və genişmiqyaslı təlimlərin keçirilməsi ilə Brüsselə əli güclü formada getdiyini deyə bilərik. Mümkündür ki, İlham Əliyev bölgədə Azərbaycana və mövcud reallıqlara qarşı atılacaq addımların nə ilə üzləşəcəyini Brüssel görüşündə izah edəcək. Bütün bunların fonunda Cənubi Qafqazda nüfuz bölgüsünün açıq müstəviyə keçdiyi vaxt, Bakı və Ankara yenidən birlik mesajı da verir".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR