20.11.2025, 02:18
AZ EN
29.10.2025, 09:30 199

Ermənilər sülh prosesinin kövrəkliyindən narahatdır

XƏBƏRLƏR
  • Böyük Britaniyanın Ermənistana yeni təyin olunmuş səfiri Koul bu ölkənin Baş naziri Nikol Paşinyanın qəbulunda olub. Onun diplomatik fəaliyyətinin ilk başlanğıcında Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesinin hazırkı vəziyyəti və avqust ayında ABŞ prezidentinin iştirakı ilə Vaşinqtonda əldə edilmiş razılaşmalarla maraqlanması erməni ictimaiyyətinin diqqətindən yayınmayıb.

"Vətən səsi" xəbər verir ki, Baş nazirin səfirlə görüşdə səsləndirdiyi fikirlərə və qarşı tərəfin reaksiyasına yerli mətbuat da geniş yer ayırıb. Ermənistan mediası Paşinyanın mətbuat xidmətinə istinadən yazır ki, Britaniya səfir Paşinyanla görüşdə Vaşinqton razılaşması ilə bağlkı məsələlərə xüsusi diqqət göstərib. Bildirilir ki, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, regionda sülhün bərqərar olunması, eləcə də kommunikasiya xətlərinin açılmasına yönəlmiş addımlar geniş müzakirə olunub.

Böyük Britaniyə ilə Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi sanki ikinci dərəcəli məsələ kimi qeyd edilib. Görüş zamanı ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin vacibliyi vurğulanıb.

Ermənistan mətbuatı Baş nazirin britaniyalı səfiri qəbul edərkən Azərbaycanla sülh məsələsi və regional əməkdaşlıq mövzusuna daha çox diqqət ayırmasını Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesin kövrək mərhələdə olması ilə əlaqələndirir. Nüfuzlu erməni nəşrləri Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyanın dünən səsləndirdiyi bəyanatın da təsadüfi olmadığını xüsusi vurğulayırlar. 

Xatırladaq ki, Sərkis Xandanyan parlamentin dünənki iclasında indiki vəziyyətin əvvəlki dövrlə müqayisədə xeyli dəyişdiyini və Ermənistanla Azərbaycan arasında çox kövrək bir sülh yarandığını bəyan edib: "Bu sülhün davamlı olması üçün hər şey edilməlidir. Kommunikasiyaların açılması və “Tramp yolu” layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Orta Asiyanı Avropa Birliyinə yaxınlaşdıracaq. Bu, regionda təhlükəsizliyin dəyərli bir qarantıdır".

Elxan SALAHOV

Oxşar xəbərlər