19.04.2024, 20:45
AZ EN
18.10.2022, 19:53 744

Türk dünyası tarixdə olduğu kimi, bu gün də qlobal geosiyasətin mərkəzi halına gəlib

XƏBƏRLƏR


İstanbulda Türk Dövlətləri Təşkilatının  Xarici İşlər Nazirləri Şurasının növbədən kənar iclası keçirlib. Tədbirdə Türk Dövlətləri  Təşkilatının gündəliyində duran əsas məsələlərlə yanaşı,  bu il noyabrın 10-da  Səmərqənddə keçiriləcək Türk Döğvlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri də müzakirə olunub.  İclasda təşkilata üzv ölkələr olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin müşahidəçi ölkələr olan  Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edib.
“Türk dünyası tarixdə olduğu kimi, bu gün də qlobal geosiyasətin mərkəzi halına gəlib”. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. 11 ay əvvəl İstanbulda tarixi bir addım atdıqlarını və ailə məclisini beynəlxalq təşkilata çevirdiklərini qeyd edən M.Çavuşoğlu Türk dünyasının potensialını reallaşdıracaq bir təşkilati quruluşa sahib olduqlarına əminlik ifadə edib. Öz növbəsində türk dövlətləri arasında nəqliyyat və rabitə təməllərinin inteqrasiyasının artırılmasının əhəmiyyətini vurğulayan Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, bu baxımdan ortaq dəhlizin əhəmiyyətini yüksək qiymətləndirib: “Son zamanlarda Rusiya-Ukrayna arasındakı savaşın da bizə göstərdiyi yeri bu koridor  ən güvənli əlçatan koridor olmağı göstərməkdədir. Azərbaycan və Naxçıvan arasındakı Zəngəzurun da əgər açılması mümkün olduğunda bu koridor daha güclü hala gələcək və kəsintisiz xidmət etmək imkanı doğmuş olacaqdır. Bir arsa uyğulanan anbarda olar, həm İranda, həm də Rusiyada yaşanan enerji və petrol krizləri diqqətə alındığında koridorun nə qədər bölgələrimiz, ölkələrimiz üçün həyati önəmə sahib olduğu bir daha anlaşılmaqdadır. 
Mövlud Çavuşoğlu iclasdan sonra mətbuata açıqlamasında deyib: “Azərbaycan torpaqlarını geri qaytarıb. Artıq Ermənistan təxribatlardan əl çəkməlidir. Vyana sözləşməsi olduqca açıdır. Hər kəs təbii, demokratik fikirlərini söyləyə bilər. Amma gəlib insana hücum etmək demokratik bir hərəkət deyildir. Sonunda Azərbaycanla Ermənistan arasında və Türkiyə ilə Ermənistan arasında normallaşmağı, barışı istəməyən qruplar var. Erməni diasporunun bir qismi, hamısı üçün söyləməyəcəm bunu. Amma onların bir tərəfdən səsi çox çıxır, bir tərəfdən saldırğan bir hücum sərgiləyirlər”. 
M.Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində müəyyən edilən nümayəndələrin görüşlərinin bundan sonra Türkiyə və Ermənistanda keçiriləcəyini bildirib. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbəti iclası noyabrın 10-da Səmərqəddə keçiriləcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər