25.10.2025, 04:01
AZ EN
24.10.2025, 15:23 102

Təşkilatçı: Qarabağa indiyə kimi 600-dən çox səyahətçi səfər edib

XƏBƏRLƏR
  • İndiyə kimi dünyaca məşhur 600-dən çox səyahətçi Qarabağa səfər edib.

Bunu xarici qonaqların Qarabağa səfərinin təşkilatçısı Mehrac Mahmudov deyib.

O, Qarabağa edilən bu kimi səfərlərin məqsədindən danışıb:

"Bu səfərlər zamanı əsas məqsəd Qarabağın biznes potensialının nümayiş etdirilməsidir. Qarabağda ermənilər tərəfindən həyata keçirilən dağıntılar, eləcə də azad olunduqdan sonra oradakı bərpa-quruculuq işləri də səyahətçilərin sosial mediadakı paylaşımları ilə dünyaya çatdırılır".

M.Mahmudov xarici qonaqların sonuncu dəfə Qarabağ Universitetində olduqlarına diqqət çəkib.

"Qonaqların arasında müxtəlif dərəcəli alimlər var ki, onlar da gələcəkdə Qarabağ Universitetində mühazirə oxuya bilərlər", - o vurğulayıb.(Report)

Oxşar xəbərlər