Bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd olunub ki, Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb: “Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”.
Xatırladaq ki, sentyabrın 18-də Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.
Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Eyni zamanda, rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib. (Report)