"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatı məlumat yayıb. Hazırda məhbus həyatı yaşayan merin vəkili Tiqran Atanesyan bildirib ki, məhkəmə heç kəsin gözləmədiyi halda Ambartsumyan barəsində həbs qətimkan tədbiri seçib. Onun sözlərinə görə, sabiq mer qanunsuz silah gəzdirməkdə ittiham olunsa da, Ermənistan ictimaiyyəti məhkəmənin qərarını onun Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi ilə əlaqələndirir.
Xatırladaq ki, 2018-ci il aprelin 22-də Erebuni rayonunda keçirilən etiraz aksiyası zamanı bir qrup şəxs aksiyanın iştirakçılarına hücum etmişdi. Hadisə ilə bağlı Davit Ambartsumyan, merin müavini Karen Ohanyan və bir neçə Masis sakini saxlanılmışdı. Daha sonra sabiq merin silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülmüşdü.
Davit Ambartsumyanın məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilməsini Baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirməyə cəhddə ittiham olunanların kütləvi həbsi ilə əlaqələndirənlər də var. Ermənistan mətbuatı yazır ki, bir neçə gün əvvəl öncə Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhərin baş memarı Henrix Qasparyan korrupsiya ittihamları ilə bağlı həbs edilib. Lakin Gümrü merinin hakimiyyətə qarşı çevriliş cəhdində ittiham olunan bir neçə keşişin də eyni vaxtda həbs edilməsi, bəzi din xadimlərinin isə kilsədəki vəzifələrindən uzaqlaşdırılması eyni prosesin tərkib hissələri olduğuna əsas yaradır.
Elxan SALAHOV