22.01.2026, 15:44
AZ EN
12.01.2026, 10:09 229

Ermənistanda Azərbaycana indi daha çox inanırlar

XƏBƏRLƏR
  • "Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində həll edilməli bir çox məsələ var".

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan iki ölkə arasında fundamental istiqamətlərdə əsas məsələlərin sülh sazişinin imzalanmasından sonra həllini tapacağı qənaətindədir. Onun sözlərinə görə, hazırda Ermənistan hökumətinin əsas prioritetlərindən biri dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin imzalanmasıdır: "Biz həll edilməli olan bir çox məsələlərə Azərbaycanla Ermənistan arasında davam edən sülh quruculuğu prosesi kontekstində yanaşırıq. Bütün digər məsələlər məhz bu kontekst və müvafiq ardıcıllıqla nəzərdən keçirilir".

Paşinyan əlavə edib ki, Bakı və İrəvanın beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddialardan qarşılıqlı olaraq geri çəkilməsi də razılaşdırılıb. Onun sözlərinə görə, bu mövzuya münasibətdə atılacaq addımlar və belə məsələlərin qarşılıqlı etimad yolu ilə həlli proseduru da sülh sazişi layihəsində təsbit olunub: "Saziş imzalandıqdan və parlament səviyyəsində ratifikasiya olunduqdan sonra həmin razılaşmalar da hüquqi qüvvəsini alacaq. Bu razılaşmalar həm də onu göstərir ki, sülh quruculuğu rosesi dərinləşdikcə tərəflər arasında etimad artır. Ermənistan cəmiyyəti də Azərbaycanla davamlı və etibarlı sülhə daha çox inanmağa başlayıb. Bütün bunlar hər iki tərəfin ürəli sürdüyü təkliflər üzərində aparılan təhlillərə və çox gərgin müzakirələrin nəticələrinə əsaslanır".

Elxan SALAHOV

Oxşar xəbərlər