11.03.2026, 19:27
AZ EN
21.10.2025, 17:02 147

İlham Əliyevin tranzit icazəsi barədə bəyanatı erməniləri sevindirdi

XƏBƏRLƏR
  • “Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır”.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan özünün "Facebook" səhifəsində bildirib. O, qeyd edib ki, Azərbaycan hökumətinin Ermənistana qarşı tətbiq edilən tranzit məhdudiyyətlərini aradan qaldırması qarşılıqlı əlaqələrin qürulmasına böyük töhfə verəcək: "Bu, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistanla Azərbaycan arasında qurulan sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir".

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da rəsmi Bakının Azərbaycan üzərindən Ermənistana yük daşınmasına icazə verməsini mühüm hadisə kimi qiymətləndirib. O, bildirib ki, Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək: "Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində mühüm addım atılıb. Yaxın vaxtlarda Ermənistana Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Qazaxıstan taxılının ilk partiyası gətiriləcək".

Xatırladaq ki, Azərbaycan prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında rəsmi Bakının Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər