Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Qeyd olunub ki, məzarlıqlardan toplanmış materiallar əsasında monitorinqin nəticələrinə dair müvafiq hesabat hazırlanaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim ediləcək.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı məlumatlar və şahid ifadələri əsasında həmin ərazidə Azərbaycan hərbi qulluqçularına aid olduğu ehtimal edilən 10-dan çox insan qalığı aşkarlanıb.(Report)