Bu sözləri TurkicWorld-a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.
“Ermənistanın baş nazirinin və bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı bu cür iyrənc irqçi hərəkəti izləyən Ermənistan hakimiyyətini şiddətlə qınayıram. Bu vəziyyət onu göstərdi ki, beynəlxalq idman yarışlarında iştirakçı ölkələrin təhlükəsizliyini təmin etməyən Ermənistan kimi ölkələrdə müsabiqələrin keçirilməsi qadağan edilməli və bu çirkin əməlin müqabilində Ermənistan dövlət məmurları cavab verməlidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, illərdir Qarabağ torpaqlarında işğalçılıq siyasəti yürüdən Ermənistan hələ də qəhrəman Azərbaycan qüvvələri tərəfindən bu torpaqlardan qovulmasını həzm edə bilmir.
“Bu iyrənc əməli törədən irqçi şəxsi Ermənistan dövləti dəstəkləyir və bu cinayəti törədən şəxsə ölkədə “qəhrəman” kimi yanaşılır. Qarabağda analarının gözü qarşısında uşaqların dərisini soyan, uşaqların gözü qarşısında analarının başını kəsən vəhşilərin bu gün öz ölkələrində keçirilən beynəlxalq idman yarışında sərgilədikləri qorxaq və iyrənc hücuma dünyanın münasibət bildirməsini gözləyirik. Ermənistan hökumətinin bu irqçi və düşməncəsinə mövqeyini pisləyir, bu çirkin əməl qarşısında Avropa Ağır Atletika Federasiyası və beynəlxalq idman qurumlarından Ermənistana lazımı cəzanın verilməsini gözləyirik.”, - deyə Y.Topçu əlavə edib. (Trend)