Bunu Pakistan Prezidenti Asif Əli Zərdari İslamabadda Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edərkən deyib.
O bildirib ki, Pakistan Türkiyə və Azərbaycanla qurulan yaxın əlaqələrə və dostluq münasibətlərinə çox önəm verir: "Bu münasibətlərin kökündə ortaq inam, qarşılıqlı güvən və regional rifah arzusu dayanır". (Report)