20.11.2025, 05:55
AZ EN
13.10.2025, 12:22 160

Paşinyan: "Qarabağ məsələsində bizi aldadıblar"

XƏBƏRLƏR
  • Azərbaycanla münasibətlərdə, xüsusən də Qarabağ məsələsində Ermənistanı və bütövlükdə erməni cəmiyyətini üç nəfər aldadıb - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: "“Niyə Ermənistanın əvvəlki üç rəhbəri hakimiyyətdə olduqları dövrlərdə Qarabağla bağlı özləri tərəfindən irəli sürülən variantları həyata keçirməyiblər? Levon Ter-Petrosyana, Robert Köçəryana və Serj Sərkisyan mane olan nə idi? Bunun iki izahı ola bilər. Birincisi, onlar cinayət xarakterli fəaliyyətsizlik göstəriblər, bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət ediblər və bizi Qarabağ məsələsinin ən yaxşı formada həllindən və ya həll yollarından məhrum ediblər. İkinci variant isə odur ki, onların təsvir etdiyi o “gözəl həll variantları” əqli oyunlara əsaslanan siyasi hiylə olub və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb. Başqa variant yoxdur”.

Elxan SALAHOV

Oxşar xəbərlər