19.11.2025, 17:13
AZ EN
08.10.2025, 11:17 170

Erməni general 44 günlük müharibənin sirrlərini açacaq

XƏBƏRLƏR
  • Ermənistanın Kassasiya Məhkəməsi 44 günlük müharibədə separatçı qüvvələrə rəhbərlik etmiş general Cəlal Arutyunyanın barəsində həbs qərarını qüvvədə saxlayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, hazırda həbsdə olan general azadlığa buraxılacağını gözləyirmiş. Lakin gözləntisinə baxmayaraq, bir neçə gün əvvəl Kassasiya Məhkəməsi onun barəsində hökmü dəyişməz saxlayıb. Qərara əsasən, Cəlal Arutyunyan cəzasını müvafiq cəzaçəkmə müəssisəsində çəkəcək.

General 5,5 il müddətinə azadlıqdan məhrum edilib. O, müharibə zamanı səhv əmr verməkdə təqsirli bilinib. İttihama görə, onun əməlləri nəticəsində hərbi hissənin 20 əsgəri Azərbaycan ordusu tərəfindən hədəfə alınaraq öldürülüb və hərbi hissə ətrafdakı strateji yüksəkliklərlə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Məhkəmənin qərarından sonra dar çərçivədə qıcıqlandığını gizlətməyən erməni general ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, eyham vurub ki, əgər onun susqunluğu təqdir olunmasa, hansısa sirrləri açacaq: "Açıq-aydın deyilməsə də, sirrlərin sızma formasında dərc olunmağa hazır olsunlar”.

Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibədə Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, o, xilas ola bilmişdi. Sonradan həbs olunan general Ermənistanın Baş naziri Nikol Paşinyanın onu azadlığa buraxmamasından məyus olub.

Elxan SALAHOV

Oxşar xəbərlər