19.11.2025, 19:26
AZ EN
19.09.2025, 12:10 250

Siyavuş Novruzov: Azərbaycan Ermənistanla sülh müqaviləsinin bir addımlığındadır

XƏBƏRLƏR
  • Hazırda Azərbaycan Ermənistanla sülh müqaviləsinin bir addımlığındadır, amma buna mane olan tək bir problem var - Ermənistan konstitusiyası.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Konstitusiya və Suverenlik İli" çərçivəsində parlamentdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, vaxtilə Ermənistan mürtəce addım atıb, öz konstitusiyasına ərazi iddiası ilə bağlı müddəa salıb və bu, indi sülhə imkan vermir.

"Həmin müddəanın ləğv edilməsi sülhün əsas şərtidir", - S.Novruzov vurğulayıb.(Report)

Oxşar xəbərlər