Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.
Qeyd edilib ki, Ermənistan Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir: “Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir”.