06.09.2025, 01:51
AZ EN
05.09.2025, 17:54 8

Erməni revanşistləri sülh prosesini əngəlləmək istəyir

XƏBƏRLƏR

"Sentyabrın 2-də qondarma rejimin ildönümü münasibətilə İrəvanda keçirilən nümayişdə bəzi müxalifət nümayəndələrinin, o cümlədən separatçıların və erməni katolikosunun bəyanatını diqqətdən qaçırmaq olmaz. Açıq şəkildə görünür ki, bu bəyanatlar bir mərkəzdən koordinasiya olunur".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. O. qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr Qarabağ mövzusunun hələ bağlanmadığını iddia edir bə bildirirlər ki, Vaşinqton bəyannaməsi Azərbaycanın Ermənistana təzyiqi nəticəsində imzalanıb: "Onlar iddia edirlər ki, Nikol Paşinyan həmin sənədə təzyiq altında imzaa tıb və bu, qeyri-legitimdir. Revanşistlərin qənaitincə, hazırda bölgə ətrafındakı konfiqurasiya ermənilərin Qarabağa qayıdışını və öz “müqəddərat”ını təyin etməyə imkan vermir. Ümid edirlər ki, gələcəkdə geosiyasi proseslər dəyişəndə yenidən Qarabağ ermənilərinin geri qayıdışı və “müstəqilliyi” təmin edilməlidir. Onlar Nikol Paşinyanı və komandasını Ermənistanın maraqlarını satmaqda ittiham edirlər".

Siyasi şərhçi hesab edir ki, Ermənistandakı müxalif qüvvələrin mitinqlərindən sonra Paşinyan hökumətinə həm daxildən, həm də xaricdəki dəstəkçilər tərfindən təzyiqlər arta bilər. Bu halda onlar hazırkı hökumətin legitim olmadığını iddia edərək öz mövqelərini gücləndirməyə çalışacaqlar: "Onlar iddia edəcəklər ki, Paşinyan hökuməti təzyiq şəraitində müqavilələrə imza atıb və guya, bu razılmaşmada erməni xalqının rəyi nəzərə alınmayıb".

Bununla belə, Zaur Məmmədov hesab edir ki, separatçıların Azərbaycan-Ermənistan münasibətlərinə yenidən baxılması iddiası əsassız olduğu üçün bu məsələ ciddi nəticələrə gətirib çıxarmayacaq. Onun fikrincə, Paşinyan hökuməti parlament seçkiləri ilə paralel şəkildə referendum keçirməklə məsələni həll edə bilər: "Azərbaycanla Ermənistan arasında imzalanan sənədlər hər iki dövlətin razılaşdırdığı hüquqi sənəddir. Yəni, məhz xalq tərəfindən seçilən hökumət başçılarına belə bir sənədi imzalamaq hüququ verilib. Revanşistlərin və Qarabağ separatçılarının əllərində isə heç bir hüquqi əsası yoxdur. Bunu Ermənistan xalqı da, Paşinyan özü də yaxşı başa düşür".

Elxan SALAHOV

Oxşar xəbərlər