07.09.2025, 15:46
AZ EN
04.09.2025, 18:18 120

Ermənistan baş nazirinin müavini və ABŞ səfiri Cənubi Qafqazda kommunikasiyaların açılmasını müzakirə ediblər

XƏBƏRLƏR
  • Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Kristina Kuin Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini müzakirə ediblər.

Bu barədə Ermənistan hökumətinin məlumatına istinadən xəbər verir.

"Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların, həmçinin ABŞ və Ermənistan arasında imzalanmış anlaşma memorandumlarının əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə Ermənistan-ABŞ münasibətlərinin inkişaf imkanları və regionda kommunikasiyaların açılması perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub. (Report)

Oxşar xəbərlər