Bu fikir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
"Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük", - məktubda qeyd edilib.