Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Telefon danışığı zamanı həmsöhbətlər regional məsələlərə toxunublar. Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə olunmuş əsas razılaşmaları təqdim edib”, - nazirlikdən qeyd edilib.
Nazirlər həmçinin gələn ilin birinci yarısında Kiprin Aİ Şurasına sədrliyi nəzərə alınmaqla, Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. (Report)