Videoda liderlərin çıxışlarından parçalar yer alıb.
“Ermənistan və Azərbaycan arasında həqiqətən tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, - Tramp bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Trampa nizamlanmaya verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.
“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, - o deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, bu böyük nailiyyət Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur. (Report)