19.10.2024, 15:47
AZ EN
05.10.2022, 18:00 155

Səfir: Ukraynalı uşaqlar qonaqpərvər Azərbaycana səfərdən çox məmnundur

XƏBƏRLƏR
  • Ukraynalı uşaqların üzündəki səmimi təbəssüm onların qonaqpərvər Azərbaycana səfəri bəyəndiklərini göstərir.

Bunu Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski öz Facebook hesabında yazıb.

Ukraynalı səfir Azərbaycanın dəstəyini yüksək qiymətləndirərib: “Ümid edirik ki, ukraynalı uşaqlardan ibarət daha bir qrup tezliklə bizə qonaq gələcək, onlar da Azərbaycan ruhunun hərarətini və səmimiyyətini hiss edə biləcəklər”.

Diplomat qeyd edib ki, ukraynalı uşaqlar üçün zəngin iki həftəlik proqrama əzəmətli Qafqaz dağlarının ətəyindəki məşhur kurort şəhəri Qəbələdə yerləşmə, həmçinin Ukraynanın Şamaxı şəhərindəki Fəxri Konsulluğunun konsulluq dairəsi ərazisində xüsusi maraqlı yerlərə səfər daxildir.

Kanevski qonaqpərvərliyə və göstərilən yardıma görə xüsusi olaraq Şamaxı Rayon İcra Hakimiyyəti və şəxsən Tahir Məmmədova təşəkkürünü bildirib. (APA)

Oxşar xəbərlər