"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryana istinadən yayılan məlumatda deyilir ki, Baş nazir Kopenhagendə Azərbaycan prezidenti ilə görüşdə “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsindən narahatlığını dilə gətirib: "Nikol Paşinyan həmin görüş zamanı “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsindən də söhbət açıb. O, dəhlizlə bağlı bəzi mühüm məsələləri yenidən gündəmə gətirib və bildirib ki, "Zəngəzur dəhlizi" ifadəsi Ermənistan ərazisinə aid hesab edilmir. Oktyabrın 2-də Ermənistan və Azərbaycan liderlərinin Kopenhagendə keçirilən görüşündən sonra hər iki tərəfin yaydığı press-relizdə də layihənin adı "TRIPP" kimi yazılıb".
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl də Azərbaycan tərəfinin Ermənistanın Sünik bölgəsindən (Azərbaycanın tarixi ərazisi olan bu bölgə Zəngəzur adlanır) keçən yolu istədiyi şəkildə adlandıra biləcəyini söyləmişdi. Lakin o, sonradan həmin layihənin Vaşinqtonda imzalanmış rəsmi sənəddə "TRIPP" adlandırıldığını əsas gətirərək "Zəngəzur dəhlizi" ifadəsinə etiraz edib. Paşinyan xüsusilə Moskvaya səfərinin sonra bəyanatla çıxış edərək Azərbaycan nümayəndələrini "Zəngəzur dəhlizi" yox, "TRIPP" ifadəsi işlətməyə çağırıb. O, məhz Rusiyada Ermənistana qayıtdıqdan sonra yolun "Zəngəzur dəhlizi" adlandırılımasının doğru olmadığını iddia edir.
Elxan SALAHOV