14.07.2025, 17:06
AZ EN
14.07.2025, 12:23 201

Rusiyalı biznesmen Paşinyana qarşı koalisiya qururr

XƏBƏRLƏR
  • Rusiyanın erməniəsilli biznesmeni, hazırda Ermənistanda həbsdə olan “Taşir” şirkətlər qrupunun yaradıcısı Samvel Karapetyan yeni siyasi qüvvə yaratdığını bəyan edib.

"Vətən səsi" xəbər verir ki, xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə iş adamının bəyanatını onun qardaşı oğlu Narek Karapetyan yayıb. Bildirilir ki, Samvel Karapetyan hazırkı Baş nazir Nikol Paşinyana qarşı müxalif qüvvələrdən ibarət  koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edir. O, nəzərdə tutduğu planları həyata keçirmək üçün Ermənistandakı bütün siyasi qüvvələrə, ictimai fəallara və kökumətdən narazı xadimlərə böyük hörmət bəslədiyini qeyd edib: "Ancaq bizim Ermənistan üçün yaxşı gələcək qurmaqla bağlı öz baxışımız var və biz öz yolumuzla gedəcəyik. Yeni komandamızla həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etməyəcəyik. Biz xalqımızı ədalətli və yüksək məqsədlər ətrafında birləşdirməyə çalışacağıq".

Samvel Karapetyan əlavə edib ki, artıq siyasi komandanın formalaşmasına başlanılıb.

Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan iyunun 19-da 2 ay müddətinə həbs edilib. Ona qarşı Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham irəli sürülüb. Rusiyada yaşayan erməni milyarder, Ermənistanın elektrik şəbəkələrinə, daşınmaz əmlakına, kölgə maliyyə axınlarına və media resurslarına nəzarət edən Samvel Karapetyan güc strukturlarının müşayiəti ilə İrəvandakı villasından çıxarılıb. Axtarışlar, saxlanma, bir qurumdan digərinə ötürülmə... Bütün bunlar baş nazir Nikol Paşinyanla uzun illərdir Karapetyanın açıq şəkildə dəstəklədiyi Ermənistan Apostol Kilsəsi arasında artan gərginliyin fonunda baş verir. İindi isə həmin Karapetyan məhbus həyatı yaşamasına baxmayaraq, Paşinyana qarşı çıxan keşişlər də daxil olmaqla müxalif qüvvələrdən biraət koalisiya qururr.

Elxan SALAHOV

Oxşar xəbərlər