19.10.2024, 17:21
AZ EN
28.09.2024, 10:33 107

VII çağırış Milli Məclisin payız sessiyası sentyabrın 30-da işə başlayacaq

XƏBƏRLƏR
  • VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq. (AZƏRTAC)

Oxşar xəbərlər