02.08.2025, 04:02
AZ EN
10.07.2025, 18:50 128

Əbu-Dabi görüşü normallaşma istiqamətində mühüm addım kimi qiymətləndirilir

XƏBƏRLƏR
  • May ayında Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşdən sonra bu gün Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində bir araya gəldilər. Bu dəfə də danışıqlar ikitərəfli formatda, heç bir vasitəçi olmadan baş tutdu. Birləşmiş Ərəb Əmirliyinin rolu isə sadəcə, görüş üçün əlverişli mühitin yaradılmasından ibarət oldu.

Qeyd edək ki, BƏƏ indiyədək nə keçmiş münaqişənin gedişində tərəf tutub, nə də danışıqlarda vasitəçilik etmək uğrunda mübarizə aparıb. Bu aspektdən də Əbu-Dabi neytral danışıq meydançası olaraq seçilib. (AZERTAC)

Oxşar xəbərlər