Bu gün məntəqədən BQXK-yə məxsus nəqliyyat vasitələri keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 30 şəxs olub.
Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir. (Report)