Bunu 84 saylı Füzuli seçki dairəsinin 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyeva deyib.
Onun sözlərinə görə, seçki məntəqəsində seçici fəallığı müşahidə edilir:
“Milli Məclisə növbədənkənar seçkilərin işğaldan azad olunmuş ərazilərimizdə də həyata keçirilməsi tariximizin ən əlamətdar ictimai-siyasi hadisələrindən biridir.
Füzuli şəhərində dörd seçki məntəqəsi fəaliyyət göstərir və hazırda 75 saylı məntəqədə də səsvermə prosesi davam edir.
Məntəqəmiz seçki qanunvericiliyinə uyğun olaraq, səhər saat 8-də açılıb. Gördüyünüz kimi, səsvermənin başladığı ilk dəqiqələrdən məntəqədə seçici fəallığı müşahidə olunur. Seçicilər sərbəst şəkildə səs verirlər”. (Report)