08.06.2025, 18:58
AZ EN
15.08.2024, 09:26 350

Ermənilər 44 günlük müharibənin acısını unuda bilmir

XƏBƏRLƏR
  • Amerika Erməni Milli Komitəsi (ANCA) 44 günlük müharibədə uğursuzluğa düçar olmalarını bu dəfə ABŞ prezidentliyinə namizəd Donald Trampın ayağına yazmaq istəyir. Təşkilatın yaydığı bəyanatda Tramp-Pens administrasiyası Azərbaycanın 2020-ci ildə “Artsaxın yerli ermənilərinə hücumunu” təşviq etməkdə, qondarma erməni soyqırımını tanımaqdan imtina etməkdə günahlandırılır. ABŞ rəhbərliyi həm də Azərbaycanı məsuliyyətə cəlb etmək üçün real addımlar atmamaqda ittiham olunur.

"Vətən səsi" xəbər verir ki, bəyanatda bədnam "907-cü düzəliş"dən də bəhs edilir. Bildirilir ki, Tramp-Pens administrasiyası səlahiyyət müddətində Azadlığa Dəstək Aktının 907-ci maddəsini ləğv edərək ABŞ-ın Azərbaycana yardımına qoyulan məhdudiyyətləri aradan qaldırıb: "Tramp-Pens administrasiyası ABŞ-ın Ermənistan və Azərbaycana hərbi yardımında müəyyən edilmiş paritet presedentini pozdu və Vaşinqtonun Bakıya hərbi yardımını kəskin şəkildə artırdı, 120 milyon dollardan çox vəsait ayırdı ki, bu da 2020-ci ilin sentyabrında hücumla nəticələndi”.

ANCA həmçinin Trampı Vətən Müharibəsindən sonra Azərbaycanı cəzalandırmaq üçün heç bir addım atmamaqda suçlayır. İddia olunur ki, bunun nəticəsində Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı keçirməklə erməniləri qondarma "Artsax"dan zorla qovub. Erməni Milli Komitəsi buna görə Türkiyəni də qınayır: “Azərbaycanı soyqırım təcavüzünə görə məsuliyyətə cəlb etməməsi ilə yanaşı, Tramp-Pens administrasiyasının Türkiyə prezidenti Ərdoğanı açıq qucaqlaması onun regionda sabitliyi pozan hərəkətləri fonunda etibarsız NATO müttəfiqinə kart-blanş verdi. Suriyada sabitliyin pozulması fonunda Tramp-Pens administrasiyası Ermənistanın burada administrasiyanın ehtiyatsız xarici siyasəti nəticəsində təhlükə altında olan ermənilərin və digər suriyalı mülki şəxslərin həyatını xilas etmək üçün humanitar yardım məqsədilə Hələbə tibb işçiləri və döyüş mühəndisləri göndərməsinə qarşı çıxıb”.

Elxan SALAHOV

Oxşar xəbərlər