23.06.2025, 18:17
AZ EN
23.06.2025, 14:01 313

Şirazi İbrahimov: 1988-ci il deportasiyası olanda 15 yaşım var idi

XƏBƏRLƏR
  • Bir əsrdə dörd dəfə qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlıların başına gələn müsibətlər digər soydaşlarımız kimi bizim ailədən də yan keçmədi. Mən uşaq olanda valideynlərim 1905-ci, 1918-ci, 1948-1953-cü illər deportasiyası haqqında danışanda, bir növ mənə nağıllar aləmini xatırladırdı. Necə ola bilər ki, ermənilərə diqqət, qayğı göstərəsən, yerləşməsinə kömək göstərəsən, onlar isə sənə bu cür vəhşiliklər etsinlər. Çox təəssüflər olsun ki, qonşumuz olan ermənilər bu cür vəhşilikləri illər boyu, bir əsrdən artıq müddətdə törədiblər. Lakin təəssüf ki, dünya ictimaiyyəti buna biganə yanaşıb.

Bu sözləri Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Şirazi İbrahimov Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə söyləyib.

O, 1988-ci il deportasiyasında 15 yaşı olduğunu diqqətə çatdıraraq əlavə edib: "Mən orta məktəbi davam etdirmək üçün Basarkeçər rayonunun Nərimanlı kəndindən Bakı şəhərinə kimya-biologiya təmayüllü internat liseyinə gəldim. 1988-ci ilin dekabrında tətil olarkən internatda oxuyan bütün şagirdlər öz doğma evlərinə gedirdilər. Biz Qərbi Azərbaycanəsilli şagirdlər isə hara gedəcəyimizi, evlərimizin harada olacağını bilmirdik. Yəqin ki, 15 yaşlı uşaqların keçirdiyi bu stresi, sarsıntını təsəvvürə gətirmək olar. Həmin günləri xatırladıqca insan kədərlənir, valideynlərimizin, doğmalarımızın və Qərbi Azərbaycanda yaşayan insanların başına gələn fəlakətlər göz önündən keçir, insanı kövrəldir". (AZƏRTAC)

Oxşar xəbərlər