Bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT BA-nın 79-cu sessiyası çərçivəsində Finlandiya xarici işlər naziri Elina Valtonenlə görüşü olub. [Görüşdə] siyasi, iqtisadi və humanitar sahələrdəki Azərbaycan – Finlandiya münasibətləri müzakirə olunub”, – paylaşımda diqqətə çatdırılıb. (Report)