Prezidentin köməkçisi qeyd edib:
“Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”. (Report)