Bunu İordaniyanın Azərbaycandakı səfiri Omar Al Nahar Şuşaya səfəri zamanı deyib.
“Bu mənim Şuşaya ikinci səfərimdir. Səmimi şəkildə bildirmək istəyirəm ki, bu şəhər sürətlə böyüyür. Bu məqsədlə göstərilən bütün təşəbbüslərə görə Azərbaycan hökumətini təbrik edirəm. Həqiqətən heyranedicidir. Burada gözəlliyi, mədəniyyəti, musiqini mozaik halda görmək mümkündür. Ümid edirəm ki, növbəti səfərimdə daha çox yeniliklər görəcəyəm. Bu yolda sizə uğurlar arzulayıram. İnsanların buraya köçməyi məni çox şad edir. Keçən dəfə burada gördüyümdən daha çox əhali var. Ümid edirəm ki, gələcəkdə daha çox insan Şuşaya qayıdacaq”, - diplomat qeyd edib. (APA)