"Vətən səsi" xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Bildirilir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə səfər edib. Rəsmi görüşlərdən əvvəl o, Türkiyədə yaşayan erməni icmasının nümayəndələri ilə təmasda olub.
Baş nazir bu gün axşam saatlarında İstanbulda Dolmabahçe sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Xatırladaq ki, Nikol Paşinyanla birlikdə Türkiyəyə səfər edən nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ararat Mirzoyan, parlament sədrinin müavini, Ermənistan-Türkiyə normallaşması prosesində Ermənistan Respublikasının xüsusi nümayəndəsi Ruben Rubinyan daxildir.
Elxan SALAHOV