07.06.2025, 01:48
AZ EN
05.06.2025, 16:50 115

Ermənistan Minsk qrupunun ləğvinə razıdır, konstitusiyaya dəyişiklik isə...

XƏBƏRLƏR
  • Ermənistan sülh müqaviləsinin imzalanma tarixini və yerini hər an müəyyən etmək üçün məsləhətləşmələrə başlamağa hazırdır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib. O, qeyd edib ki, Azərbaycan tərəfi də sülh sazişinin imzalanması ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub və razılşmanın mümkün qədər tez baş verməsi təşəbbüslərini dəstəkləyir: "Lakin bununla bağlı rəsmi Bakının müəyyən ilkin şərtlər var. Gündəlik kimi irəli sürülən mövzulardan biri də ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, bu da bizim üçün məqbuldur. Doğrudan da, imzalanmış sənəd olanda münaqişəyə son qoyulacaq və məntiqlə bu münaqişə ilə bağlı hər hansı strukturun olmasına ehtiyac qalmayacaq".

Erməni nazir əlavə edib ki,  ATƏT-in Minsk qrupunun buraxılması və sülh müqaviləsinin imzalanması prosesləri paralel aparılmalıdır və eyni vaxtda iki sənəd imzalana bilər. Bununla belə o, Bakının irəli sürdüyü ikinci şərt - Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddaları barədə müddəanın oradan çıxarılması haqqında tələbdən danışmayıb. Görünür, Ermənistan hökunəti Azərbaycanın bu haqlı tələbini yenə də qulaqardına vuraraq sülh sazişinin imzalanmasını yubatmağa çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər