12.07.2025, 20:18
AZ EN
23.05.2025, 11:34 295

İranın Azərbaycanla yaxınlaşması erməniləri qorxudub

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə “Araz-2025” birgə təliminin keçirilməsi Ermənistanda böyük rezonans doğurub. İrəvan 30 il işğal altında saxladığı torpaqlarda keçirilən hərbi təlimləri  Tehranın uzun illərdir silahlandırdığı Ermənistandan üz çevirməsi və Bakı ilə səmimi əməkdaşlığa başlamasından əndişələnir.

"Vətən səsi" xəbər verir ki, İranla Azərbaycan arasında əlaqələrin inkişafından Ermənistanın siyası elitası ciddi narahatlıq keçirməkdədir. Ermənistan mətbuatı son iki həftədə Bakı və Tehran arasında münasibətlərin inkişafının mümkünsüzlüyü haqda ekspert rəyləri tirajlayırlar və bu zaman İranın bəlli qüvvələrinə bağlı politoloqlardan istifadə edirlər. Hətta Azərbaycana qarşı kəskin çıxışları ilə seçilən və bir çox halda İran Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin deyil, radikal-mühafizəkar qüvvələrin sözçüsü rolunda çıxış edən Mehdi Sübhaninin də Zəngəzur dəhlizinə qarşı münasibətini bir daha tirajlayıblar.

İranın müdafiə naziri Amir Əziz Nasirzadənin Ermənistana gözlənilmədən səfər etməsi də bununla əlaqələndirilir. Politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən bildirib ki, Tehran Azərbasycan və Ermənistan arasında balanslı siyasətini davam etdirir və əvvəlki mövqeyə sadiqliyini nümayiş etdirməyə çalışır: "İran Azərbaycanla birgə işğaldan azad olunan ərazidə “Araz-2025” birgə hərbi təlimləri keçirərkən, bu ölkənin müdafiə naziri Amir Əziz Nasirzadə təcili İrəvana gedib və orada Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil. Görünür, İranın müdafiə naziri ölkəsinin Azərbaycanla birgə hərbi təlimlərin Ermənistana qarşı yönəlmədiyini vaxt itirmədən İrəvana yerindəcə izah etmək istəyib. Nasirzadə İrəvanda deyib ki, İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz. Əslində isə İranın Ermənistanla yüksək səviyyəli münasibətləri Azərbaycanı narahat etmir və heç onları dayandıran da yoxdur. Amma eyni zamanda Azərbaycanı da təhlükəsizlik maraqlarının təmin olunmasında dayandıran yoxdur və Bakı istədiyi vaxtda istdəiyi addımları atmaqda sərbəstdir".

Politoloq hesab edir ki, Tehranın region ölkələri ilə hazırkı və gələcək münasibəıtlərindən asılı olmayaraq,
İranın işğal illərində Ermənistanın iqtisadi-hərbi nəfəsliyi rolunda çıxış eməsi və hər zaman rəsmi İrəvanın işğal siyasıtini dolayısı ilə dəstəkləməsi, həmçinin 44 günlük müharibə zamanı Ermənistana hərbi-siyasi dəstək göstərməsi, hətta 10 noyabr 2020-ci il kapitulyasiyasından sonra da sərhədimizi pozaraq Xankəndiyə yanacaq daşıması, erməni separatçılarını silahlandırması unudulmaz gerçəklikdir.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR