Bu barədə Avropa Şurasının mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, təşkilatın baş katibi Alen Berse İrəvana səfər edəcək.
"Hər iki ölkə ilə müntəzəm əlaqələrimiz var. 2024-cü ilin noyabrında Avropa Şurasının baş katibi Alen Berse Azərbaycanda olub. Gələn ay o, Ermənistana səfər edəcək", - təşkilatdan qeyd ediblər.
Xatırladaq ki, mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi”nin sammitindən əvvəl A.Berse Avropa Şurasında Cənubi Qafqazdakı vəziyyətin inkişafını izlədiklərini bildirib.(Report)