11.07.2025, 22:29
AZ EN
20.05.2025, 16:17 219

Ermənilər indi də gerbə görə qorxuya düşüb

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın Albaniyaya səfəri çərçivəsində Azərbaycan İctimai Televiziyasına müsahibəsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunur. Bildirilir ki, Paşinyanın ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasına dəyişikliklə bağlı dedikləri siyasi dairələrdə qıcıq yaradıb. Onun xüsusilə Alma-atı bəyannaməsinə istinad etməsi revanşist qüvvələri ciddi narahat edir.

Xatırladaq ki, Paşinyan həmin açıqlamasında ATƏT-in Minsk qrupunun buraxılması üçün müraciətin sülh sazişinin imzalanması ilə eyni anda ediləcəyini söyləyib. O, həmçinin azərbaycanlı jurnalistin suallarını cavablandırarkən Ermənistanın heç bir qonşu ölkəyə ərazi iddiasının olmadığını bildirib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Paşinyanın çıxışlarına cavabı isə İrəvanda xüsusi maraq doğurub. Nazirliyin nümayəndəsi Ermənistan konstitusiyasındakı bir neçə maddəyə diqqət çəkib. Ayxan Hacızadə hətta 21-ci maddədə istinad olunan gerbin belə ərazi iddiasını əks etdirdiyini deyib.

Azərbaycan tərəfinin bu cavabından narahat olan ermənilər məsələni Bakının İrəvandan yeni tələbi kimi dəyərləndirib. “Hraparak” qəzetinin yadığına görə, bu, Ermənistan rəhbərliyinə ötürülən növbəti açıq mesajdır: “Bakının İrəvandan yeni tələbləri var: Ermənistan gerbinin dəyişdirilməsini, Ağrıdağın simvolunun gerbdən çıxarılması şərtini irəli sürürlər”.

Məqalədə qeyd olunur ki, baş nazir israrla vurğuladığı sülh müqaviləsi mətnindən qarşıdan gələn seçkilərdə təbliğat vasitəsi kimi istifadə etmək istəyir.

Yeri gəlmişkən, Ermənistan gerbi və himninin dəyişdirilməsi məsələsi bir müddət öncə həm Nikol Paşinyan, həm də Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən qaldırılıb. Xüsusilə Simonyan gerbdən Ağrı dağının çıxarılmalı olduğunu bildirib. Paşinyan da bu dağın Ermənistan ərazisində yerləşmədiyini, o səbəbdən ölkənin simvolu kimi təqdimatının doğru olmadığını vurğulayıb.

Xatırladaq ki, ermənilərin “Ararat” adlandırdığı Ağrı dağı Türkiyə ərazisində yerləşir. Amma Ermənistanın gerbi daxilində Ağrı dağı da təsvir olunur və bununla İrəvan Türkiyəyə qarşı ərazi iddiasını ortaya qoyur. Ermənistanın gerbi Ağrı dağı ilə yanaşı qartal və şir tərəfindən tutulan qalxan üzərində təsvir edilən, yanlarında guya mövcud olmuş erməni dövlətlərinin bayraqlarının görüntülərindən ibarətdir. Gerb daxilində Ağrı dağı üzərində bir qayıq təsvir olunub ki, bu da Nuhun gəmisinin təsviridir. Bibliya əfsanəsinə görə, ümumdünya tufanından sonra gəmi Ararat adlı uca bir dağda lövbər salmışdı. Nuhun gəmisinin harada lövbər salmasından asılı olmayaraq qeyd edək ki. ermənilər Nuhu özlərini əcdadı hesab edir və nəsillərinin ondan törəyən Haykın şəcərəsindən götürülməsini əsassız bir şəkildə qeyd edirlər. Bununla da milli şəcərələrini Ağrı dağ və Nuhun gəmisi ilə bağlayan ermənilər özlərinin dünya xalqları arasında ilkin formalaşan bir xalq olmasını irəli sürməyə çalışırlar. Lakin tarix Ağrı dağınının adının belə ermənilərə məxsus olmadığını göstərir.

Elxan SALAHOV

Oxşar xəbərlər