21.11.2025, 15:11
AZ EN
21.11.2025, 11:48 139

Ermənistan Prezidenti: Qarşılıqlı etimadın formalaşması İrəvan və Bakı arasında sülh üçün vacibdir

XƏBƏRLƏR
  • İki ölkənin xalqı arasında qarşılıqlı etimad mühitinin formalaşması Ermənistan və Azərbaycan yekun sülh üçün son dərəcə vacibdir.

Bunu Ermənistan prezidenti Vaqan Xaçaturyan Tavuş vilayətinin Kiranç qəsəbəsində jurnalistlərə bildirib.

"Sülh o zaman gələcək ki, iki ölkə və xalqlar arasında qarşılıqlı etimad bərpa olunsun; bu zaman məsələsidir. Biz siyasi liderlər olaraq, belə bir vəziyyətə nail olmaq üçün həqiqətən siyasi prosesi və hüquqi formulları təmin etməliyik", - o qeyd edib.

Onun sözlərinə görə, ikitərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb, və bu prosesin yekun tamamlanması iki ölkənin vətəndaşları və xalqlarının "daxillərində olan çətinlikləri" aradan qaldıra biləcəyi zaman olacaq. (Report)

Oxşar xəbərlər