Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, bütün baş verənlər göstərir ki, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğu çox təhlükəlidir. Bu səbəbdən, Azərbaycanın Ermənistanla sərhəd bölgələrində sərhəd-buraxılış məntəqələri yaradılmalıdır. Yalnız bununla qanunsuz silahlıların Qarabağa girişinin qarşısını almaq olar. O cümlədən Qarabağ bölgəsində qalan bu silahlı birləşmələr dərhal tərk-silah edilməlidir.
“Son hadisələr göstərir ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh istəmir. Ermənistan sülh sazişinin imzalanmasında maraqraqlı deyil və müəyyən eskalasiyalarla, təxribatlarla bu prosesə mane olur. Son erməni təxribatını da bu kontekstdə nəzərdən keçirmək lazımdır. Ermənistanın cəzasız qalması və 2020-ci il Bəyanatında göstərilən qanunsuz silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı öhdəliyini yerinə yetirməməsi nəticəsində xoşagəlməz hallar baş verir, hərbi qulluqçularımız şəhid olur. Ona görə də Azərbaycanın Qarabağ bölgəsində bir nəfər də erməni terrorçusu qalmamalıdır”, - deyə Tural Gəncəliyev əlavə edib. (AZƏRTAC)