09.06.2025, 00:31
AZ EN
27.09.2022, 12:03 386

Fərid Şəfiyev: "İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır"

XƏBƏRLƏR
  • "Rəsmi İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev BMTM-də 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunan dəyirmi masada deyib.

O vurğulayıb ki, Rusiya ənənəvi olaraq həmişə Ermənistanı dəstəkləyib: "İndi buna imkanı qalmayıb. Bundan başqa, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticəsini gözləyir. Amma Türkiyənin xarici siyasətində dəyişiklik olacağı ehtimalı yoxdur. Ermənistan həmçinin Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini gözləyir".

Politoloq Fikrət Sadıxov isə bildirib ki, hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada səfərdədir: "Görünür, Ermənistan havadarlarından çox güclü yardım istəyəcək. Fransa və ABŞ regionda ciddi oyunçu kimi iştirak edə bilməz. Çünki bölgədə Türkiyə və Rusiya faktoru var. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da deyib ki, artıq sülh müqaviləsi imzalanmalıdır. Görünür, Ermənistanda sağlam düşüncələr var. Amma yenə də azdır". (Report)

Oxşar xəbərlər