18.05.2025, 11:01
AZ EN
30.03.2025, 10:28 133

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

XƏBƏRLƏR
  • Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib

Təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk".

Oxşar xəbərlər