23.11.2024, 00:34
AZ EN
29.03.2022, 17:25 341

Delyaginin Azərbaycanla bağlı açıqlamaları qətiyyən qəbulolunmaz və məsuliyyətsizdir

XƏBƏRLƏR

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla bağlı açıqlamaları qətiyyən qəbulolunmaz və məsuliyyətsizdir.  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.

O bildirib ki, "istənilən bu cür açıqlamanı qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Bu, heç bir halda ölkəmizin, Rusiya rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir. Rusiyanın mövqeyi Bakı ilə müttəfiqlik qarşlıqlı fəaliyyəti və strateji tərəfdaşlığın qurulmasına yönəlib. Əminik ki, təxribat xarakteri daşıyan bu cür bəyanatlara Dövlət Dumasının rəhbərliyi tərəfindən müvafiq qiymət veriləcək".

Xatırladaq ki, M.Delyagin Qarabağda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı barədə fikirlər səsləndirmişdi. ("Trend")

Oxşar xəbərlər