Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti haqqında danışarkən deyib.
O qeyd edib ki, qarşıdakı əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir:
"Parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş daha altı rayonda səkkiz daimi seçki məntəqəsi yaradılıb. Bu günə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. 20 mindən çox insan abadlıq-quruculuq işlərinə cəlb edilib. Ümumilikdə həmin ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək".
Z.Nağdəliyev əlavə edib ki, 24 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komissiyası yeni təmirli binaya köçürülüb. (Report)