19.06.2025, 09:44
AZ EN
25.04.2025, 18:48 137

ATƏT-in Baş katibi işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

XƏBƏRLƏR
  • ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin ərazilərə artıq insanların qayıdışı təmin edilir: “Torpaqlarımız təkcə böyük tikinti meydançası deyil, ora həm də öz sakinlərinin evidir”.

Nazir vurğulayıb ki, 400-ə yaxın insan mina partlayışının qurbanı olub: "Həyatını itirən və xəsarət alan şəxslərin isə böyük əksəriyyəti mülki şəxslərdir". (Report)

Oxşar xəbərlər