"Ermənistan-Azərbaycan sülh danışıqları dalana dirənməyib, prosesin müsbət sonluqla başa çatacağına inanırıq".
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O, qeyd edib ki, ortada tərəflər arasında razılaşdırılmış sülh sazişi layihəsinin sənədi var və bu, danışıqların heç bir vasitəçi olmadan uğurla başa çatdırılması üçün yeni imkanlar yaradır: "Mənim Sankt-Peterburqda Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə kiçik təkbətək söhbətim oldu. Məncə, çıxılmaz vəziyyətdən danışmağa ehtiyac yoxdur və ola da bilməz. Prosesin mümkün qədər tez başa çatdırılması Azərbaycan tərəfinin də marağındadır”.
Elxan SALAHOV