09.06.2025, 11:07
AZ EN
22.04.2025, 10:08 150

Paşinyan konstitusiya dəyişikliyini əsaslandırmağa çalışır

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirmək üçün əsaslar axtarır. Bu, həm Ermənistan konstitusiyasına dəyişiklik, həm də ATƏT-in Minsk qrupundan imtina məsələsini əhatə etməlidir. 

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib. O, qeyd edib ki, Nikol Paşinyan özünü Ermənistan ictimaiyyətinin və xaricdəki diaspor təşkilatlarının tənqidlərindən qorumaq üçün xüsusilə konstitusiya dəyişikliyi ilə bağlı məsələdə hüquqi əsaslandırma aparmağa çalışır: "Basş nazir bəyan edib ki, Ermənistan konstitusiyası xalqın iradəsini ifadə etmir. Əslində Nikol Paşinyan bununla Türkiyə və Azərbaycanın tələblərini əsaslandırmağa çalışır”.

Poqosyan Ermənistan baş nazirinin yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğu barədə bəyanatını da bu kontekstdə şərh edib: "ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi ilə müqayisədə konstitusiya dəyişikliyi daha mürəkkəb prosedurdur. Çünki konstitusiyanı dəyişdirilməsi üçün erməni xalqının rəyi həlledicidir. Xalqın rəyini öyrənmək isə referendum yolu mümkündür. Ona görə də Nikol xüsusilə konstitusiya dəyişikliyi ilə bağlı məsələdə Azərbaycanın tələbini yerinə yetirməyə çalışır".

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu bəyan etmişdi. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı bəyannamədən gedir. Yeni dəyişikliklə bu istinadın Ermənistan konstitusiyasından çıxarılacağı gözlənilir. Bu, sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas tələbidir.

Elxan SALAHOV

Oxşar xəbərlər