"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan rəsmi İrəvanın müxtəlif bəhanələrlə yubatdığı sülh danışıqlarından danışarkən Bakının irəli sürdüyü tələblərindən daha birini yetirməyə hazır olduqlarını söyləyib: "Biz sülh müqaviləsini imzalamağı və eyni vaxtda ATƏT-in Minsk Qrupunu buraxmağı, yəni, hər iki sənədi eyni gündə imzalamağı təklif edirik”.
Bununla belə, o, Azərbaycan tərəfinin ikinci əsas şərti olan Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsinə toxunmayıb. Bunun əvəzində Nikol Paşinyan Ermənistanda bəzi qüvvələrin müharibə təbliğatı apardığını etiraf edib: “Görünən odur ki, Ermənistanda və onun hüdudlarından kənarda bəzi qüvvələr gündəlik olaraq müharibə təbliğatı aparır və onun həyata keçirilməsi üçün konkret addımlara əl atırlar. Bu hərəkətlər müharibə haqqında Azərbaycan hekayəsini və Ermənistana qarşı atəşkəs rejimini pozması və Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin hər gün olmasa da, tez-tez pozulması ilə bağlı saxta ittihamlarla ifadə olunan paralel hərəkətləri işıqlandırır. Bütün çətinliklərə baxmayaraq, Ermənistan hökuməti sülh gündəmindən dönməyəcək.
Ermənistanın Baş naziri son vaxtlar iki ölkə arasında şərti dövlət sərhədində tez-tez müşahidə olunan atəşkəs pozuntusna da münasibət bildirib. O, qeyd edib ki, atəşkəsin pozulması halları əsasən məqsədsiz xarakter daşıyır.
Elxan SALAHOV