09.06.2025, 15:59
AZ EN
11.04.2025, 16:16 236

TDT Baş katibi: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirəm

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün maddəıərinin razılaşdırılması çox önəmlidir və ümid edirəm ki, tərəflər arasında müqavilə imzalancaq.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev IV Antalya Diplomatiya Forumu çərçivəsində deyib.

O bildirib ki, sülh sazişinin üzərində hazırda iş gedir və bu vaxta qədər olan ən böyük nailiyyət Azərbaycan torpaqlarının işğaldan tam azad edilməsidir:

“Bu, Azərbaycan və bütün türk dünyası üçün önəmlidir. Saziş üzrə maddələrin razılaşdırılması isə sülhün təminatı baxımından vacibdir”.

Zəngəzur dəhlizinə gəlində isə Baş katib vurğulayıb ki, bu layihə, əslində, yalnız Azərbaycan üçün deyil, Ermənistan, İran, digər qonşu dövlətlər daxil olmaqla, region üçün əhəmiyyətlidir:

“Əlbəttə, bu layihə Orta Dəhliz üçün də perspektivlidir. Əvvəllər Orta Dəhliz alternativ kimi görülürdüsə, indi artıq Zəngəzur dəhlizinə onun bir hissəsi kimi baxılır. Ümid edirəm ki, bu da tezliklə həyata keçiriləcək”. (Report)

Oxşar xəbərlər